Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 07:20

Irma qasırğası Floridada 3 milyon adamı işıqsız qoyub


Florida ştatında Mayami şəhəri

Həftəsonu ABŞ-ın Florida ştatına çatan İrma qasırğası ştatda azı 3 milyon adamı işıqsız qoyub, evləri aşırdıb, küçələri su basıb. Sentyabrın 10-na ölənlərin sayı 3 nəfər idi.

Florida ilə eyni vaxtda Kuba sahillərinə çatan İrmanın burda yaratdığı dalğaların hündürlüyü 11 metrə çatırdı.

Ancaq sentyabrın 11-nə qasırğa zəifləyib, indi onu birinci dərəcəli qasırğaya aid edirlər. Bu isə küləyin sürətinin saatda 135 km olması deməkdir.

İrma hazırda Floridadan şimal-qərbə doğru gedir.

Atlantik okeanında yaranan və son 82 ilin 5 ən güclü qasırğasından olan İrma bu son günlərdə Floridaya doğru hərəkətində 28 adamın ölümünə və Karib adalarında böyük dağıntılara gətirdi.

ABŞ prezidenti Donald Tramp elan edib ki, yaxın vaxtlarda Floridaya səfər edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG