Azərbaycan müdafiə naziri Zakir Həsənov İsrailə gedib.
Bu barədə bu gün, sentyabrın 11-i Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, səfər İsrail müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə gerçəkləşib.
Buna da bax: Zakir Həsənov 'MSPO-2017' sərgisində iştirak edir
Səfər çərçivəsində Z.Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzi, habelə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələrlə tanış olması nəzərdə tutulur.