Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 10:11

Meksikada zəlzələdən ölənlərin sayı 90-a çatıb


Mexiko. Zəlzələ zonasında xeyli adam evlərindən bayırda gecələyir, onlar afterşoklardan ehtiyatlanırlar.

Meksikanın daxili işlər nazirliyi bildirir ki, ölkənin cənub rayonlarında baş vermiş zəlzələdə ölənlərin sayı 90-a çatıb.

Nazirliyin sentyabrın 10-da yaydığı bəyanata görə, “onlardan 71-i Oaxaka, 15-i Çiapas, dördü Tabasko ştatlarında dünyasını dəyişib”.

Seysmoloqlar sentyabrın 7-də baş vermiş zəlzələnin gücünün 8,2 bal olduğunu deyirlər.

Buna da bax:​ “İrma” qasırğası Floridanın cənub sahillərinə çatıb

Sentyabrın 10-da zəlzələ zonasında xeyli adam evlərindən bayırda gecələyib, onlar afterşoklardan ehtiyatlanıblar.

ABŞ Geologiya Mərkəzi 4,5 bal və daha artıq gücdə 60-dək afterşok hesabladığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG