Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 00:55

“Rosneft” Çinə neft ixracını record həddə qaldırır


Igor Sechin

Rusiyanın “Rosneft” şirkəti 2017-ci ildə Çinə neft ixracını record həddə-40 milyon tona qaldırmağı planlaşdırır.

“İzvestiya”nın sentyabrın 10-da yazdığına görə, bunu şirkətin rəhbəri İgor Sechin “Rossiya 1” televiziya kanalına müshibəsində deyib.

Bundan əvvəl şirkət Çinə 31 milyon ton neft ixrac etməyi planlaşdırırdı.

“Rosneft” 2005-2016-cı illərdə Çinə 186 milyon tondan çox neft göndərib ki, bu 95 milyard dollardan çoxdur.

“Rosneft” sentyabrın 3-də Çinin “Xuasin” - China Energy Company Limited (CEFC) şirkəti ilə Sibirdə neft idxalı və kəşfiyyat işləri ilə bağlı strateji razılaşma imzalayıb.

Sənəddə neftayırma sahəsində əməkdaşlıq və Rusiyadan Çinə birbaşa neft göndərilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG