Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 12:31

“İrma” qasırğası Floridanın cənub sahillərinə çatıb


Foto arxiv

“İrma” qasırğasının sentyabrın 10-da Floridanın cənub sahillərinə çatdığı bildirilir.

Qasırğanın Meksika körfəzi boyunca, Tampa və Sankt-Peterburq da daxil olmaqla bir sıra yaşayış məntəqələrindən keçəcəyi gözlənilir.

Milli qasırğa mərkəzindən verilən məlumata görə, küləyin sürəti artıb və “İrma” 4-cü dərəcəli qasırğa həddinə çatıb.

Küləyin sürəti saatda 210 kilometrdir.

5-ci dərəcəli qasırğa hesab edilən “İrma” sentyabrın 9-da Kuba sahilindən yan keçərkən təhlükə həddi 3-cü dərəcəyə düşmüşdü.

Rəsmilər Kubanın şimal-mərkəzi sahillərinə ciddi ziyan dəydiyini deyirlər.

Əsas ziyan Sieqo-de-Avila rəyalətinə dəyib.

Floridanın qubernatoru Rick Scotttəbii fəlakət zonasından 5 milyondan çox adamın köçürülməsini göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG