Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 06:24

Anna Palitkovskaya adına mükafatı kremlpərəst jurnalistə verdilər


Anna Politkovskaya

Anna Politkovskaya adına mükafat bu il “Novoy qazetı” və “Exo Moskvı” nın şərhçisi Yulii Latınina və “Ümumrusiya Dövlər Televiziya və Radio yayım Şirkəti”-nin hərbi müxbiri Evgeni Poddubnıy-a verilib.

Bu barədə sentyabrın 9-da Azadlıq Radiosu xəbər yayıb.

Evgeni Poddubnıy hazırda Suriyadadır, Rusiya ordusunun orda keçirdiyi hərbi əməliyyatları işıqlandırır.

Bunu Rusiya jurnalistlər ittifaqının rəhbəri Vsevolod Bogdanov təqdimat mərasimində deyib.

Qeyd edək ki, mərhum journalist Anna Politkovskaya Rusiya ordusunun Çeçenistanda apardığı hərbi əməliyyatlara qarşı çıxar, buna görə Rusiya hakimiyyətini sərt tənqid edərdi.

Poddubnıy isə əksinə, Kremlin mövqeindən Rusiya-Gürcüstan müharibəsi və Krımn ilhaqını işıqlandırıb, hazırda isə Suriyadadır.

Politkovskaya adına mükafat insan haqlarının müdafiəsi və mətbuat azadlığı sahələrindəki nəaliyyətlərə görə verilir, 2013-cü ildə təsis olunub.

Anna Politkovskaya 2006-cı ilin oktyabrında Moskvadakı evinin girəcəyində güllələnib.

Qətlin sifarişçiləri hələ də tapılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG