Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:25

Son 82 ilin ən güclü 5 qasırğasından biri olan İrma ABŞ-a yaxınlaşır


Karib adaları İrmadan sonra

ABŞ-ın Milli Qasırğa mərkəzinin məlumatına görə, İrma qasırğası son 82 ildə Atlantik Okeanında ən güclü 5 qasırğadan biridir. Mərkəzin məlumatına görə, Qasırğada küləyin sürəti saatda 250 km-ə çatır.

Avqustun 30-dan başlayan İrma Mərkəzi Amerikada - Karib Adalarında, Haitidə, Dominikan Respublikasında, Puerto Rikada və onlarla irili-xırdalı adalarda böyük dağıntılar törədib. 14 adamın ölümünə səbəb olub.

Dominikan Respublikasında Puerto Palata şəhərinin meri İvan Rivera deyir ki, yenə də qasırğaya etinasız yanaşanlar olub: “Bəziləri fikirləşib ki, bu, qasırğa deyil və sığınacaqlara gəlməyib. Ancaq biz onları tək qoya bilmərik və hazırda onların axtarışı gedir.”

Puerto Riko adasında isə İrma 1 milyondan çox adamı işıqsız qoyub.

İrma son 82 ilin 5 ən güclü qasırğasından biri elan olunub
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

İrma hazırda ABŞ-a, Kubaya yaxınlaşır. Cümə günü səhər İrma ABŞ-ın Florida ştatındakı Mayami şəhərinin 795 km-liyində idi. Onun Mayamiyə bazar günü çatacağı gözlənir.

Mayamidə ərzaq dükanlarına uzun növbələr yaranıb. Hamı ehtiyat ərzaq yığır. Benzin satışı 5 dəfə artıb.

Kuba adada olan 51 min xarici turisti təxliyyə edib.

İrmadan özündən əvvəl – avqustun 24-ü-25-i olan və əsasən ABŞ-ın cənub ştatlarını vuran Harvi qasırğasından güclüdür. Harvi qasırğasından isə 70 adam ölmüşdü. Reutersin məlumatına görə, onun Texas və Luiziana ştatlarına vurduğu ziyan 180 milyard dollar səviyyəsində ölçülür.

Günün bütün mövzuları

XS
SM
MD
LG