Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 11:17

Mərkəzi bankın valyuta ehtiyatı artıb


Azərbaycan Mərkəzi Bankı

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artdığı bildirilir.

Bu haqda bankın bu gün, sentyabrın 8-də açıqladığı statistik bilgilərdə deyilir.

Mərkəzi Bankın valyuta ehtiyatları sentyabrın 1-nə 5 milyard 101,2 milyon dollar edib. Bu göstərici avqustun 1-nə olan göstəricilərlə müqayisədə 68 milyon dollar (1,35 faiz) çoxdur.

Buna da bax:​ Prezident: 'Ölkələr valyuta ehtiyatlarını itirirlər, biz isə artırırıq'

Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1 milyard 126,8 milyon dollar artıb.

3 il əvvəl Mərkəzi Bankın valyuta ehtiyatları isə 15 milyard dollara yaxın idi. 2015-ci ildə baş verən devalvasiyalar ərəfəsində və sonra ehtiyatın böyük bir hissəsi xərcləndi. Hazırda Mərkəzi Bank hərraclara valyuta çıxarmır.

Pul bazası – 8,3 milyard...

Son bir ayda ölkədə pul bazasının da artdığı bildirilir. Sentyabrın 1-nə olan göstəricilərə görə, pul bazası 8468,4 mln. manat təşkil edib. Artım əvvəlki aya nisbətən 135,5 mln. manat (1,63 faiz) olub.

Buna da bax: AYİB prezidenti Suma Chakrabarti İlham Əliyevə nə dedi?

İlin əvvəli ilə müqayisədə isə pul bazasının 607,9 mln. manat artdığı açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG