Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 23:16

Ali baş komandanın səlahiyyətləri artırılır


Arxiv fotosu

Azərbaycanda ali baş komandanın (prezident) səlahiyyətlərinin artırılacağı bildirilir. Bununla bağlı “Müdafiə haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

APA-nın xəbərinə görə, sentyabrın 12-də parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr layihəsi müzakirə ediləcək.

Layihədə ali baş komandana silahlı qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinin də verilməsi nəzərdə tutulur.

Buna da bax:​ Yerevan “Agile Spirit 2017” təlimlərindən niyə son anda imtina edib?

Azərbaycanda ali baş komandanın Milli Məclisin razılığı ilə müharibə elan etmə, yaxud sülh bağlama kimi geniş səlahiyyətləri də var.

Hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirilir

Parlamentin sözü gedən komitəsinin toplantısında həmçinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 4-cü maddəsinin (Hərbi qeydiyyatın təşkili) 2-ci bəndinin dəyişdirilməsi təklifi də müzakirə olunmalıdır. Həmin təklifi komitəyə Azərbaycan prezidenti göndərib.

Buna da bax: AYİB prezidenti Suma Chakrabarti İlham Əliyevə nə dedi?

Layihədə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır” bəndinin ləğv edilməsi təklif olunur.

Bunun əvəzinə, göstərilən müddət qüvvədə qalmaqla, artıq qeydiyyatı yalnız şəxsin xidmət etdiyi qurumun aparması təklif olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG