Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 15:40

Azərbaycan prezidenti İlham Əliyev bu gün, sentyabrın 8-də ATƏT Parlament Assambleyasının (PA) sədri Christine Muttonen-i qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev görüşdə Azərbaycanda son vaxtlarda irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr barədə danışıb. Prezident deyib ki, Azərbaycan artıq multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində bir mərkəzə çevrilib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunan prezident İ.Əliyev deyib ki, Azərbaycan bu münaqişənin sülh və danışıqlar yolu ilə ədalətli həlli istiqamətində səylərini əsirgəmir. Ermənistan isə danışıqlar prosesinin uzadılmasında maraqlıdır.

Görüşdə Azərbaycanla bu qurum arasında əməkdaşlıq məsələlərindən də bəhs edildiyi bildirilir.

ATƏT Parlament Assambleyasının (PA) sədri Christine Muttonen sentyabrın 7-si Azərbaycana gəlib. Onun səfəri sentyabrın 10-na kimi davam etməlidir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG