Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 13:34

'İrma' qasırğasından 11 nəfər ölüb


«İrma» qasırğası

Sentyabrın 7-də güclü Atlantik qasırğası Karib adalarını vurub, azı 11 nəfər ölüb. Qasırğa ABŞ-ın Florida ştatına istiqamətlənib.

Gücü saatda 290 kilometr olan «İrma» Fransa böyüklükdə olub, yolu üstündəki kiçik adalarda dağıntılar törədib, ağaclar, evləri yerlə yeksan edib.

Dominikan Respublikası və Haiti üzərində nisbətən səngiyən qasırğa Kubaya yönəlib. Ancaq hələ də çox təhlükəli sayılan 5-ci kateqoriyaya aid edilir.

«İrma» sahil zonalarda 6-8 metr hündürlükdə qabarmalar yaradıb ki, bu da dağıntılarla sonuclanıb.

Qasırğanın sentyabrın 9-da Florida ştatına çatacağı gözlənir və əhali tələsik hazırlıqlar görür, maşınlara doluşur, azsaylı təyyarə biletlərini əldə etməyə və ştatdan çıxmağa çalışır.

ABŞ prezidenti Donald Trump əhalini ayıq-sayıq və ehtiyatlı olmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG