Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 09:22

AYİB Azərbaycanda özəl sektorda 1,7 milyard kredit verib


Şahin Mustafayev

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda özəl sektorda 151 layihənin maliyyələşdirilməsinə 1,7 milyard ABŞ dolları məbləğində kredit ayırıb”.

Sentyabrın 7-də iqtisadiyyat naziri Şahin Mustafayevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşündə bu haqda məlumat verilib.

Buna da bax:​ Prezident AYİB rəhbərini qəbul edib

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti xəbər verir ki, görüşdə Azərbaycanla AYİB arasında əməkdaşlın daha da dərinləşdirilməsi müzakirə edilib.

Şahin Mustafayev qeyd edib ki, AYİB Azərbaycanda infrastruktur, enerji, su təchizatı, nəqliyyat sahələrində müxtəlif layihələri maliyyələşdirib, banklara kredit xətti açıb, özəl şirkətlərə birbaşa kredit ayırıb.

AYİB prezidenti Suma Çakrabarti isə Azərbaycanla rəhbərlik etdiyi quram arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

Buna da bax: ‘Fitch’ ‘Access Bank’ın da reytinqini endirib

Görüşdə “Cənub Qaz Dəhlizi”nə AYİB-in maliyyə dəstəyi, nəqliyyat infrastrukturu, məişət tullantılarının idarə olunması və özəl sektora dəstək layihələri də müzakirə edilib.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Layihə 40 milyard dollar dəyərində qiymətləndirilir.

Sentyabrın 7-si günün birinci hissəsi Suma Çakrabartini prezident İlham Əliyev də qəbul etmişdi. Görüşdə vurğulanmışdı ki, bu bankın Azərbaycanda kredit portfeli ümumilkdə 3 milyard dollara bərabərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG