Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 23:59

Varşavada Cümhuriyyətin hərbi xadimlərinə abidə ucaldılıb


Varşavada general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılan abidə

Müdafiə naziri Zakir Həsənov sentyabrın 7-si Varşavada Azərbaycan Xalq Cümhuriyyətinin hərbi xadimləri general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılan abidənin açılışında iştirak edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Mərasimdə Polşa Silahlı Qüvvələrinin rəhbərliyi, Xarici İşlər Nazirliyinin, parlamentin və Varşava şəhəri administrasiyasının nümayəndələri iştirak ediblər.

Buna da bax:​ E.Məmmədyarov: 'Azərbaycan öhdəliklərinə sadiqdir'

Açılış mərasimində çıxış edən müdafiə naziri tarixən sıx olan Polşa-Azərbaycan münasibətləri barədə danışıb. Bu hadisənin simvolik əhəmiyyət daşıdığını və iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edənlər general-leytenant Süleyman bəy Sulkeviçin (Matsey Aleksandroviç Sulkeviç) 1919-cu ilin martından 1920-ci ilin fevralına kimi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Qərargah rəisi vəzifəsində xidmətindən danışıblar. Onun milli hərbi hissələrin yaradılması və ölkənin müdafiə sisteminin qurulmasında gördüyü işlərdən bəhs edilib.

Buna da bax: 'Biz də gərək 99 il əvvəlki kimi parlamentli Respublika qurardıq' [video]

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti Vəli bəy Yadigar isə 1920-ci ildə Azərbaycanın işğalından sonra Polşaya mühacirət edib. Mazovetski süvari briqadasının qərargah rəisi vəzifəsində xidmət göstərib. Armiya Krayovanın tərkibindəki polkun komandiri kimi Varşava üsyanında iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG