Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:07

Poroshenko: "Rusiyanın geniş hərbi müdaxilə təhlükəsi qalmaqdadır"


Petro Poroshenko

“Rusiya ordusunun Ukrayna ərazisinə geniş hərbi müdaxilə təhlükəsi qalmaqdadır”.

Azadlıq Radiosu Rusiya xidmətinin sentyabrın 7-də yaydığı məlumata görə, bunu Ukrayna prezidenti Petro Poroshenko Ali Rada-da çıxış edərkən deyib.

Prezident qeyd edib ki, Donbasda BMT sülhümühavizə qüvvələrinin yerləşdirilməsi Ukraynanın şərqindəki münaqişədə ilk ”irəliləyiş”olacaq.

O bir daha bu münaqişəyə görə cavabdehliyi rusiyapərəst separatçıların üzərinə atıb.

Rusiyanın 2014-cü ilin martında Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməsinə görə Qərblə Rusiya arasında münasibətlər pisləşib.

ABŞ və Avropa Birliyi buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Moskva ittihamları rədd edir.

Bu müddət ərzində Ukraynanın şərqində gedən döyüşlərdə 10 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG