Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:53

Artıq çəkiyə görə maaşı kəsilənlər məhkəməni uddu


Stüardessalar İrina Magurina və İrina Yerusalimskaya
Stüardessalar İrina Magurina və İrina Yerusalimskaya

Rusiyanın ən böyük hava şirkəti Aeroflot öz stüardessalarına məhkəməni uduzdu.

Moskva məhkəməsinin sentyabrın 6-da elan olunan qərarını eşidəndə stüardessalar Evgeniya Magurina və İrina Yerusalimskayanın gözləri doldu.

Qərara görə, hava şirkətinin öz işçilərinin paltar ölçüsünü müəyyən etmək və artıq çəkiyə görə işçinin maaşını kəsmək hüququ yoxdur.

Məhkəmə Aeroflotu məcbur edir ki, stüardessa Magurinanın maaşından tutulan 17 min rublu (295 dollar) geri qaytarsın və işçiyə vurulan mənəvi ziyana görə 5 min rubl (85 dollar) ödəsin.

Stüardessa həmçinin istəyirdi ki, hava şirkətinin hərəkəti diskriminasiya, ayrı-seçkilik kimi qiymətləndirilsin, ancaq məhkəmə buna getmədi.

Yevgeniya Magurina : “Bu bizim üçün böyük qələbədir. Daxili qaydalarda 7.1-ci maddə işçilərlə şirkət arasında ünsiyyətdə əsas maneə idi.”

Artıq çəkiyə görə maaşı kəsilənlər məhkəməni uddular
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Məhkəmə stüardessa Yerusalimskayanın da Aeroflota qarşı eyni iddiasını təmin edib.

İrina Yerusalimskaya:“Mən 27 il işləmişəm və yenə stüardessa kimi çalışıram". Paltarın ölçüsünün peşə keyfiyyətlərinə dəxli yoxdur. İnsan əvvəlcə öz işinin peşəkarı olmalıdır, zahiri olanlar ikinci dərəcəlidir. “

Buna da bax: 'Buta Airways' işə düşdü, 'AZALJET' dayandı

Məhkəmədə olan Aeroflot rəsmiləri deyiblər ki, məhkəmənin diskriminasiya iddiasını qəbul etməməsindən razı qalaıblar. Şirkətin qaydaları isə məhkəmə qərarını detallı öyrənəndən sonra dəyişəcək.

Aeroflotun nizamnaməsinə görə stüardessanın paltarının ölçüsü 42 ilə 48 arasında olmalıdır. Şirkət rəhbərliyi bildirirdi ki, stüardessanın artıq çəkisi şirkətə ziyan vurur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG