Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:03

Prezident AYİB rəhbərini qəbul edib


Suma Chakrabarti

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Chakrabarti-nin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı İ.Əliyev bildirib ki, Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığının səviyyəsi məmnunluq doğurur.

Prezident vurğulayıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə kredit portfelinin həcmi 3 milyard dollara yaxındır. Onun böyük hissəsi özəl sektora yönəldilib.

Prezident əlavə edib ki, AYİB ilə gələcək əməkdaşlığın da uğurlu olacağına ümid bəsləyir.

İ.Əliyev deyib ki, indi əsas məqsəd ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektora dəstəyi artırmaqdır.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti S.Chakrabarti isə öz növbəsində bildirib ki, bu səfər çərçivəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müəyyən ediləcək.

Görüşdə bu bankın «Cənub Qaz Dəhlizi» layihəsinin maliyyələşdirilməsində iştirakı, Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı, özəl sektora dəstək və məişət tullantılarının idarə olunması sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Layihə 40 milyard dollar dəyərində qiymətləndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG