Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 20:29

Yaponiya Rusiyanı sülh müqaviləsi imzalamağa çağırır


Shinzo Abe və President Vladimir Putin

Yaponiyanın baş naziri Shinzo Abe Rusiya prezidenti Vladimir Putini bütün çətinlikləri dəf etməyə və iki ölkə arasında sülh müqaviləsi imzalamağa şağırıb.

O, “Şərq iqtisadi forumu” nda çıxış edərkən, iki ölkənin ikincü dünya müharibəsindən sonra hələ də belə bir müqavilə imzalaya bilməməsini “qeyri-normal” vəziyyət adlandırıb.

Abe, birgə iş aparmağa və uğuru bölüşməyə çağırıb.

İki ölkə arasında sülh müqaviləsi imzalanmasını əngəlləyən əsas məsələ, 4 Kuril adası üstündə mbahisədir.

Bu adalar ikinci dünya müharibəsi nəticəsində Rusiyanın nəzarətinə keçib.

Tokio dəfələrlə bildirib ki, bu məsələ həll olunmayınca müqavilə imzalanmayacaq.

Abe ötən il Vladivastokda keçirilən eyni forumda Rusiyanı məsələ ilə bağlı kompramisə gəlməyə çağırmışdı.

Rusiya prezidenti Vladimir Putin isə deyir ki, Rusiya bu adaları satmaq və ya vermək fikrində deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG