Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 04:52

Kataloniya parlamenti müstəqilliklə bağlı referendum keçirilməsinə səs verib


Foto arxiv

Kataloniya parlamenti müstəqilliklə bağlı referendum keçirilməsi barədə qanun qəbul edib.

Müzakirələr 11 saat sürüb. Referendum oktyabrın 1-də keçirilməlidir.

72 deputat regionun İspaniyadan ayrılmasına səs verib,11 nəfər bitərəf qalıb.

“Kataloniya sosialist partiyası” ilə “Xalq” partiyasının nümayəndələri isə səsvermədən əvvəl iclas zalını tərk ediblər.

“El Pais” portalının yazdığına görə onlar qərardan şikayət verəcəklərini deyiblər.

İspaniya hökumətiartıq məsələ ilə bağlı Konstitusiya məhkəməsinə müraciət edib. Rəsmi Madrid məhkəməni təkcə Barselonanın qərarını ləğv etməyə yox, həm də separatçıları cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.

İspaniya konstitusiyası ölkənin bölünməsinə icazə vermir.

“Reuters” in məlumatına görə, İspaniyada iqtisadi vəziyyət yaxşılaşdığından Kataloniyada müstəqillik tərəfdarlarının sayı azalır.

Amma katoloniyalıların əksəriyyəti məsələ ilə bağlı səs vermək istəyirlər.

Bundan əvvəl də-2014-cü ilin noyabrında Kataloniyada müstəqilliklə bağlı referendum keçirilmişdi.

Amma Konstitusiya məhkəməsi həmin vaxt Kataloniyanı səsverməni ləğv etməyə çağıran qərar qəbul etdiyindən, referendumu qeyri-formal keçirdilər.

Həmin vaxt 80 faiz regionun İspaniyadan ayrılmasına səs vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG