Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 10:03

Vəkil 30 sutka alan cəbhəçi ilə görüşüb


Üzeyir Abbasov

Vəkil Əsabəli Mustafayev sentyabrın 6-da Binəqədi cəzaçəkmə müəssisində 30 gün inzibati həbs cəzası alan AXCP üzvü Üzeyir Abbasovla görüşüb.

Bu barədə vəkil özü məlumat yayıb. Vəkil bildirib ki, Ü.Abbasovu olmadığı ərazidə guya ünvansız söyüş söydüyünə dair protokol tərtib etməklə inzibati həbsə göndəriblər:

«Sentyabrın 2-si Üzeyir Abbasovu telefonla polis bölməsinə dəvət ediblər. Axsadığını bildirən Üzeyir Abbasov polislərə gələ bilməyəcəyini, zərurət varsa, evdə görüşməyə hazır olduğunu bildirib. Polis əməkdaşı onun evlərinə gəlib birlikdə 8-ci polis bölməsinə getməyi xahiş ediblər. Üzeyir Abbasov əvvəl Səbail Rayon Polis İdarəsinə, sonra isə 8-ci polis bölməsinə gedib. Məlum olub ki, onun tutulmasının səbəbi bir gün əvvəl öz Facebook səhifəsində bir karikaturanı şərh verərək paylaşması olub. Polis idarəsində hakerlərin köməyi ilə onun səhifəsindəki bütün statuslar pozulub. Sonra onu sərbəst buraxıblar. Lakin tələb ediblər ki, birinci gün yenidən bölməyə gəlsin. Onun Bakı Baş Polis İdarəsinə aparılacağı bildirilib».

Vəkilin deməsinə görə, Ü.Abbasov bölmədən çıxdıqdan sonra ABŞ səfirliyinə gedib:

«Onu içəriyə buraxmayıblar, çöldəki pəncərədən başına gələnləri danışıb və işinin müşahidə olunmasını xahiş edib. Bu zaman çoxlu sayda polis əməkdaşları oraya gəlib və Üzeyir Abbasovu tutub aparıblar. Həmin günü protokol tərtib olunub ki, Üzeyir Abbasov 20-ci sahənin ərazisində olarkən küçədə ünvansız söyüş söyüb və bu hərəkətlərin dayandırılması barədə polisin tələbinə tabe olmayıb. Sentyabrın 2-də günorta saatlarında tutulan Üzeyir Abbasov yalnız ayın 5-də günortadan sonra məhkəmə qarşısına çıxarılıb...».

Ancaq bu deyilənlərə hələlik nə Daxili İşlər Nazirliyindən, nə də Səbail Rayon Məhkəməsindən münasibət almaq mümkün olub.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların şərlənərək siyasi sifarişlə həbs edildiyini bildirib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyir ki, həmin şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG