Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:32

Avropa Məhkəməsi Macarıstanla Slovakiyanın şikayətini rədd elədi


Foto arxiv

Avropa Məhkəməsi miqrantların birlik ölkələrinə bölüşdürülməsi ilə bağlı qərarın ləğvini tələb edən Macarıstanla Slovakiyanın iddialarını rədd edib.

Budapeştlə Bratislava qaçqınların Avropa Birliyi ölkələrinə paylanması ilə bağlı kvotaya qarşı çıxırlar.

2015-ci ildə Brüsselin qəbul etdiyi qərarda məqsəd Avropa Birliyində yaranmış miqrant böhranını yoluna qoymaqdır.

Macarıstan və Slovakiya ilə yanaşı Çexiya,Polşa və Xorvatiya da bu qərara qarşı çıxırlar.

Macarıstan buna görə 2015-ci ilin payızında Serbiya və Xorvatiya ilə sərhədə tikanlı məftillərdən sədd çəkdi.

Bu qərar BMT və hüquq müdafiəçilərinin tənqidi ilə qarşılandı.

Mütləq kvota proqramına əsasən Avropa Birliyinə üzv ölkələr Yunanıstan və İtaliyadan keçmiş 120 min qaçqını qəbul etməlidirlər.

Qaçqınların üzv ölkələr arasında bölüşdürülməsini əsasən Almaniya, Fransa və İsveç dəstəkləyir.

Hazırda bu plan əsasında 28 minə yaxın qaçqın yerləşdirilib.

Qeyd edək ki, son illərdə silahlı münaqişələr gedənYaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya kütləvi qaçqın axını başlayıb.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan qaçqınlar Balkan ölkələri vasitəsi ilə daha varlı Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

Təkcə Almaniya 1 milyondan çox qaçqın qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG