Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:41

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzadır


Avropa Birliyi ölkələrinin daimi nümayəndələri Ukrayna münaqişəsinə görə Rusiya vətəndaşları və bu ölkənin hüquqi şəxslərinə qarşı sanksiyaları daha yarım il uzadmaq razılığına gəliblər.

Bu barədə TASS agentliyi sentyabrın 6-da Brüsseldəki adı çəkilməyən diplomatik mınbəə stinadla xəbər verir.

Mənbə deyib ki, qərarı sentyabrın 15-dək Avropa Şurası da təsdiqləməli və bundan sonra sənəd qüvvəyə minməlidir.

Bir il bundan əvvəl siyahıya 146 nəfər və 37 şirkət daxil idi.

Amma Avropa Birliyi avqustun 4-də sanksiyaları siyahısını genişləndirdi, siyahıya daha 3 fiziki və 3 hüquqi şəxs əlavə edildi.

Qeyd edək ki, Rusiyanın 2014-cü ilin martında Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməsinə görə Qərblə Rusiya arasındakı münasibətlər pisləşib.

ABŞ və Avropa Birliyi buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Moskva ittihamları rədd edir.

2014-cü ildən bu yana Ukraynanın şərqində gedən silahlı toqquşmalarda 10 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG