Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 04:13

Ali Məhkəmə Cəmil Həsənlinin qızının şikayətini rədd edib


Günel Həsənli

Bu gün, sentyabrın 6-da Ali Məhkəmə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin kassasiya şikayətini təmin etməyib.

Bu haqda AzadlıqRadiosuna G.Həsənlinin vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

G.Həsənli 2014-cü ildə maşınla yaşlı bir qadına xəsarət yetirməkdə təqsirli bilinmişdi. O, cəzasını məntəqə tipli müəssisədə çəkməklə, 1 il 6 ay azadlıqdan məhrum edilmişdi.

F.Mehdiyevin bildirdiyinə görə, kassasiya şikayətinə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılıb. Məhkəmə heyəti şikayəti rədd edib.

Vəkil prosesin ciddi pozuntularla keçirildiyini bildirib. Onun deməsinə görə, G.Həsənli və o, prosesdə iştirak etməyiblər.

«Məhkəmənin vaxtı barədə bizə rəsmi məlumat verilməyib. Prosesə bu səbəbdən qatıla bilməmişik», - vəkil bildirib.

Vəkil Ali Məhkəmənin qərarını əldə etdikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

XATIRLATMA

Günel Həsənli 2014-cü ilin sentyabrında 87 yaşlı Adilə Səlimovanı maşınla vurmaqda təqsirli bilinirdi.

Birinci instansiya məhkəməsi 2015-ci il fevralın 22-də G.Həsənlini cəzasını məntəqə tipli müəssisədə çəkməklə, 1 il 6 ay azadlıqdan məhrum etmişdi.

Bakı Apellyasiya Məhkəməsi 2015-cı ilin noyabrında həmin hökmdən verilən şikayəti təmin etməmişdi.

Milli Şuranın sədri Cəmil Həsənli 2013-cü ildə keçirilən prezident seçkisində indiki dövlət başçısı İlham Əliyevin rəqibi olub. O, seçkilərin total saxtakarlıqla keçirildiyini bildirərək, nəticələri tanımadığını bəyan edib.

Məlum avtomobil qəzasında zərərçəkən Adilə Səlimova əvvəlcə heç şikayətçi olmamışdı. Olay hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə məhkəmə müstəvisinə çıxarılmışdı.

O zaman C.Həsənli bunu hakimiyyətin ondan qisas alması kimi dəyərləndirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG