Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 15:01

Ukrayna Putinin təklifinə münasibət bildirdi


Donbasda münaqişə zonası

Ukraynanın xarici işlər nazirliyi bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin son təklifinövbəti dəfə “Rusiyanın münaqişə tərəfi kimi Ukraynanın daxilindəki münaqişələrə təcavüzkar yanaşması cəhdindən xəbər verir.

Amma Ukrayna daima sülhməramlı əməliyyatların tərəfdarı kimi bu məsələyə baxmağa hazır olduğunu bildirib və BMT-ki daimi nümayəndəsinə məsələ ilə bağlı təhlükəsizlik şurasının nümayəndə heyətləri ilə müzakirələr aparmağı tapşırdığını bəyan edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan bir gün əvvəl xarici işlər nazirliyinə BMT təhlükəsizlik şurasında baxılmaq üçün belə bir qətnamə hazırlanmasını təklif edib.

Amma Putin qeyd edib ki, söhbət yalnız ATƏT əməkdaşları, onların fəaliyyətinin təhlükəsizliyinintəmin edilməsi funksiyasından gedə bilər.

Vladimit Putin bunu sentyabrın 5-də BRİCS təşkilatının Çində keçirilən toplantısı çərçivəsində mətbuat konfransında deyib.

2014-cü ildən Ukraynanın şərqində gedən silahlı toqquşmalarda 10 mindən çox adam ölüb.

Qərb Moskvanı bölgədəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Ukrayna ordusunun baş qərargahından verilən məlumata görə, hazırda bölgədə separatçıların tərəfindən 40 mindən çox adam döyüşür, o cümlədən də kadrlaşdırılmış 5 minədək Rusiya hərbçisi.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG