Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 07:39

Zakir Həsənov 'MSPO-2017' sərgisində iştirak edir


Zakir Həsənov

Polşada səfərdə olan müdafiə naziri Zakir Həsənov Keltse şəhərində keçirilən «MSPO – 2017» beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.

Bu barədə bu gün, sentyabrın 6-sı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş etdirilən hərbi və müdafiə təyinatlı məhsullara baxış keçirib.

«Onlar müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olublar», - məlumatda vurğulanır.

«MSPO – 2017» beynəlxalq müdafiə sənayesi sərgisi dünən, sentyabrın 5-dən fəaliyyətə başlayıb.

Azərbaycan müdafiə naziri Z.Həsənov sentyabrın 5-i həmçinin, bu ölkənin milli müdafiə naziri Antoni Macierewicz-lə də görüşüb. Görüşdə iki ölkə arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan müdafiə naziri Z.Həsənov sentyabrın 4-ü Polşaya gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG