Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 03:23

Səfirliklərdəki ticarət nümayəndələrinin aparatları yaradılır


Arxiv fotosu

Prezident İlham Əliyev bu gün, sentyabrın 5-i xarici ölkələrdəki səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında fərman verib.

Fərmanda bildirilir ki, xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə onların aparatları təsis edilməlidir.

Sənədə görə, ticarət nümayəndələri və onların aparatları İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilir.

Buna da bax:​ Azərbaycan Ərəb Əmirliklərinə ticarət nümayəndəsi təyin edib

Fərmanla Nazirlər Kabinetinə tapşırılır ki, ticarət nümayəndəsi və onun aparatı haqqında əsasnaməni, aparatın nümunəvi strukturunu bir ay müddətində təsdiq etsin.

Sənədə görə, ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin əməkhaqlarının gəlir vergisindən azad edilməsi qanunvericiliyə uyğun təmin edilməlidir.

XATIRLATMA

Bu il yanvarın sonunda prezident İlham Əliyev xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda ticarət nümayəndəsinin təyin edilməsi haqqında fərman imzalayıb.

Buna da bax:​ İlk ticarət nümayəndəsi Rusiyada olacaq

Ticarət nümayəndələri xarici ölkələrdə Azərbaycanın iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsindən ötrü fəaliyyət göstərməlidirlər.

Həmin fərmana uyğun olaraq, ilk təyinat fevralın əvvəlində Rusiyadakı səfirliyə olub. Sonra daha bir neçə ölkənin səfirliyində ticarət nümayəndəsi təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG