Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 11:01

Almaniya Putinin təklifini müsbət qiymətləndirib


Sigmar Gabriel

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel Rusiya prezidenti Vladimir Putinin, Ukraynanın şərqindəki təmas xəttinə BMT sülhümühavizə qüvvələri göndərilməsi təklifini müsbət qiymətləndirib.

O, sentyabrın 5-də Berlində keçirdiyi brifinqdə deyib ki, biz Rusiya prezidenti tərəfindən edilən bu gözlənilməz siqnaldan, Rusiyanın əvvəllər imtina elədiyi məsələni müzakirə etmək istəməsindən çox şadıq .

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl xarici işlər nazirliyinə BMT təhlükəsizlik şurasında baxılmaq üçün belə bir qətnamə hazırlanmasını təklif edib.

Amma Putin qeyd edib ki, söhbət yalnız ATƏT əməkdaşları, onların fəaliyyətinin təhlükəsizliyinintəmin edilməsi funksiyasından gedə bilər.

Vladimit Putin bunu sentyabrın 5-də BRİCS təşkilatının Çində keçirilən toplantısı çərçivəsində mətbuat konfransında deyib.

2014-cü ildən Ukraynanın şərqində gedən silahlı toqquşmalarda 10 mindən çox adam ölüb.

Qərb Moskvanı bölgədəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Ukrayna ordusunun baş qərargahından verilən məlumata görə, hazırda bölgədə separatçıların tərəfindən 40 mindən çox adam döyüşür, o cümlədən də kadrlaşdırılmış 5 minədək Rusiya hərbçisi.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG