Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 22:02

Pentaqon raket mühərriklərini hələ Rusiyadan almalı olacaq


Foto arxiv

Pentaqon Rusiyanın raket mühərriklərindən istifadə etməkdə davam etməli olacaq.

Bunu sentyabrın 5-də “Amerikanın səsi” radiosu “Wall Street Journal” a istinadla yazır.

Mənbənin yazdığına görə, ABŞ-da yeni raket daşıyıcılarının hazırlaması hələ bir neçə il vaxt aparacaq.

Belə ki, texniki və maliyyə çətinlikləri Pentaqonu gələn onilliyin ortalarınadək Rusiya istehsalı olan raket mühərriklərindən istifadə etməyə məcbur edəcək.

Mənbə yazır ki, bu əvvəlcədən nəzərdə tutulduğundan bir neçə il çoxdur.

“Wall Street Journal” daha sonra yazır ki, ABŞ Konqresi hər iki palatasının nümayəndələri milli təhlükəsizlik baxımından Rusiya istehsalı olan RD-180 mühərriklərindən tezliklə imtina olunmasını tələb etsələr də belə etibarlı yerli mühərrik tapmaq bir çox konqresmenlərin düşündüyündən çətin olub.

Mənbə yazır ki, hazırda ABŞ hərbi hava qüvvələrinin əksər rabitə və naviqasiya peyklərini orbitə çıxarmaq üçün Rusiya mühərriklərindən istifadə olunur.

Birgə “Boeing və Lockheed Martin” müəssisəsi hesab edir ki, yeni mühərrikin sınağı 2019-ci ildə başa çatdırılacaq, yeni“Vulcan” raketinə isə Pentaqonun yüklərini 2022-2023-cü illərdə daşımaq icazəsi veriləcək.

Amma bir sıra hökumıt rəsmiləri və Pentaqonun əsas raket təhcizatçısı olan “United Launch Alliance” koorporasiyasının nümayəndələri hesab edirlər ki, çox güman ki, 2025-ci ilədək Rusiya mühərrikləri ilə təhciz olunmuşAtlas V raket daşıyıcısından istifadə edilməli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG