Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 04:46

Moskva ABŞ-ın diplomatik missiyalarında daha 155 yeri ixtisar edə bilər


ladimir Putin. Çin, 5 sebtyabr, 2017

Moskva əlavə olaraq ABŞ-ın diplomatik missiyalarında 155 yeri ixtisar edə bilər.

Azadlıq Radiosunun məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin BRİCS təşkilatının sentyabrın 4-5-də Çində keçirilən sammiti çərçivəsində mətbuat konfransında deyib.

Qeyd edək ki, bu təşkilata Braziliya,Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir.

Putin deyib ki, Rusiyanın ABŞ-dakı 455 diplomatından 155 nəfər BMT-yanında fəaliyyət göstərdiklərindən diplomat deyillər, ABŞ Dövlət Departamenti tərəfindən akreditasiya edilməyiblər.

Putin hesab edir ki, buna görə də ABŞ və Rusiyanın diplomatik missiyaları arasında “tam paritet” üçün daha 155 ABŞ diplomatını ixtisar eləmək lazımdır.

Amma Putin qeyd edib ki, Moskva hələ ki, bunu eləmək fikrində deyil.

Putin həmçinin bildirib ki, Rusiyanın xarici işlər nazirliyi Vaşinqtonun, Moskvanın ABŞ-dakı konsulluq və ticarət nümayəndəliklərindənistifadə etməsini qadağan edən qərarından məhkəməyə üz tutacaq.

Putinin fikrincə bu Rusiyanın mülkiyyət hüququnu pozur.

Moskva iyulun 28-də Vaşinqtondan, sentyabrın 1-dək Moskva və Sankt-Peterburqdakı səfirlikləri, Yekaterinburq və Vladivostokdakı konsulluqlarında 755 nəfər ixtisar aparılmasını tələb edib.

Buna səbəb ABŞ Konqresinin iyulun 27-də Rusiyaya qarşı sanksiyaların genişləmdirilməsini nəzərdə tutan qanun layihəsi qəbul etməsi olub.

Öz növbəsində ABŞ, Rusiyanın San-Fransiskodakı konsulluğu və Nyu-York və Vaşinqtondakı nümayəndəliklərini bağlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG