Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 12:03

Azərbaycan millisi üçüncü pilləyə yüksəldi


Azərbaycan-İtaliya oyunu. 2014

Sentyabrın 4-ü futbol üzrə Dünya Çempionatı -2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilib.

Azərbaycan millisi doğma divarlar arasında San-Marino yığması ilə qarşılaşıb. Qarşılaşma 5:1 hesabı ilə Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.

Ardıcıl dörd məğlubiyyət alan Robert Prosinečki-nin yetirmələrinin bu oyun qrupdakı mövqeyini də xeyli yaxşılaşdırıb.

Hazırda Azərbaycan millisi 10 xalla qrupda üçüncü yerə yüksəlib.

Birinci yerdə Almaniya, ikinci yerdə isə Şimali İrlandiya millisi qərarlaşıb. Ancaq 9 xalla dördüncü yeri tutan Çexiya, 7 xalla 5-ci yerdə qərarlaşan Norveç millisi isə bir oyun az keçiriblər.

Qrup sonuncusu San-Marinonun isə bir xalı belə yoxdur. Keçirdiyi 8 oyunda iki qol vuran San-Marino komandası öz qapısında düz 38 qol görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG