Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:20

Schulz bu dəfə Türkiyənin əleyhinə çıxdı: "Erdoğanın Türkiyəsi"


Angela Merkel və Martin Schulz
Angela Merkel və Martin Schulz

Azərbaycanda insan haqlarının vəziyyəti haqda tənqidi fikirləri ilə tanınan almaniyalı siyasətçi Martin Schulz bu dəfə Türkiyənin Avropa Birliyinə qəbul olunmasının əleyhinə çıxıb.

Almaniya Sosial Demokratlarının lideri Martin Schulz sentyabrın 4-də Bavariyada öz tərəfdarları qarşısında deyib ki, Türkiyənin Avropa Birliyinə qəbulu üçün danışıqlar dayandırılmalıdır:

“Bu günki Türkiyə demokratların Türkiyəsi deyil, Recep Tayyip Erdoganın Türkiyəsidir. Əhalinin onun əleyhinə olan 50 faizi bizim dostlarımızdır, bizim tərəfdaşlardır. Bu Türkiyə Avropa Birliyinin üzvü ola bilməz. Ona görə mən dünənki teledebatda Angela Merkeldən mövqe nümayiş etdirməsində təkid etdim. Mən almanların səslərinin əksəriyyətini qazansam, Avropa qonşularımızdan xahiş edəcəm ki, Türkiyənin Avropa Birliyinə qəbulu danışıqlarını dayandırsınlar”

Almaniyada parlament seçkiləri sentybarın 24-dədir.

Schulz: "Bu, Erdoğanın Türkiyəsidir"
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Schulzun dediklərinə cavab olaraq Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Ömər Çelik sentyabrın 4-də deyib ki, Türkiyə ilə bu danışıqları dayandırmaq Avropa Birliyinin öz prinsiplərinə ziddir.

AZƏRBAYCANA DA YAXŞI TANIŞ OLAN SCHULZ

Schulz 2012-ci ildən Avropa parlamentinin sədri idi. Bu ilin yanvarında həmin vəzifəni Almaniyada parlament seçkiləri naminə tərk edib. O, Azərbaycanda da insan haqlarının və hakimiyyətin qatı tənqidçisidir. Schulz 2015-ci ilin mayında demişdi ki, “Azərbaycan və Belarus Avropa Birliyinin təməl dəyərləri ilə bir araya sığmırlar. “

Azərbaycanda insan haqları müdafiəçilərinin hüquqlarının pozulduğunu deyən Şultz 2014-cü ilin noybarında bildirirdi ki, Bakı hətta Avropa Birliyinin nümayəndə heyətinin Azərbaycana səfərinə icazə vermir.

Rəsmi Bakı isə Schulzun fikirlərini qərəzli adlandırırdı.

Schulz orta məktəbi qurtara bilməsə də 5 dildə danışır. Yerli mətbuatın yazdığına görə gəncliyində alkoholizmdən əziyyət çəkib. Aldığı zədə isə futbolçu olmağına imkan verməyib.

Martin Schulz Almaniyada indiki parlament seçkilərində kansler olmağa iki əsas namizəddən biri hesab edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG