Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:32

Qırğızstan Birma ilə futbol oyununu ləğv etdi


Oyunun ləğv olunmasının elanı

Birmada müsəlmanlara qarşı zorakılığa və mümkün terror hücumlarına görə, Qırğızstan Birma ilə futbol olununu ləğv edib.

Qırğız Futbol Federasiyasının sədri Semetei Sultanov sentybarın 4-də jurnalistlərə deyib ki,qərarı baş nazir Sapar İsakov verib.

Oyun sentyabrın 5-də Bişkekdə keçirilməliydi. Yığmalar Asiya Kubokunun təsnifat mərhələsinə hazırlıqla bağlı qarşılaşırdı. .

Avqustun 25-dən bəri Birmada 100 minə yaxın Rohinca müsəlmanı qonşu Banqladeşə qaçıb. Birmadakı böhranda isə müsəlman yaraqlıları və ordu bir-birini ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG