Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 13:44

Şahidlər deyirlər ki, Samvel Babayanı heç tanımırlar


Samvel Babayan məhkəməyə aparılır

1993-1999-cu illərdə Dağlıq Qarabağda erməni hərbi qüvvələrinin komandanı, 1995-1999-cu illərdə isə Dağlıq Qarabağın ilk qondarma müdafiə naziri olmuş general Samvel Babayanın Yerevanda məhkəməsi davam edir.

İstefada olan general-leytenanat Babayan qanunsuz silah almaqda, pul yumada ittiham olunur.

Sentybarın 4-də məhkəmədə şahidləri dinləyiblər. Azadlıq Radiosunun Erməni Xidmətinin məlumatına görə, şahidlərin bəziləri hətta deyiblər ki, Samvel Babayanı heç tanımırlar, onu ancaq televizordan görüblər.

Azadlıq Radiosunun Erməni Xidmətinin müxbirləri isə yeri gəlmişkən, iclas salonuna buraxılıb, ancaq onlara çəkilişə icazə verilməyib

Mediaya çəkilişə icazə verilməməsinə ilk növbədə Samvel Babayan etraz edib: "İmkan verin, sübut edək və cəmiyyət həqiqəti bilsin".

a1plus.am saytı yazır ki, şahidlərdən biri Samvel Babayanı və işlə bağlı digər müttəhimləri tanımayıb. Digər şahidin isə dedikləri istintaqa verdiyi ifadə ilə düz gəlməyib - o, istintaqa 2016-cı ilin 18 sentyabrı, məhkəməyə isə 2017-ci ilin qışı deyib. Hakim soruşub ki, niyə vaxt düz gəlmir, şahid deyib ki, üstündən xeyli keçib, ona görə yadında qalmayıb.

Samvel Babayan məhkəmədə
Samvel Babayan məhkəmədə

BİRDƏN QAÇAR

Avqustun 28-dəki məhkəmə iclasında Babayan təklif etmişdi ki, girov qoysun və ya şəhəri tərk etməmək haqda sənəd imzalasın və bunun müqabilində məhkəmə dövründə onu evə buraxsınlar.Ancaq hakim bildirdi ki, Babayan azadlığa çıxsa, şahidlərə təzyiq göstərə bilər və ya qaçıb, gizlənə bilər və buna görə onun xahişi rədd olundu.

Babayan bu il martın 21-də həbs olunub. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Babayanadı çkilməyən bir nəfərə Rusiya istehsalı olan İqla raket sistemini gətirməyin müqabilində50 min dollar boyun olubmuş.

Babayan həmçinin pul yumada ittiham olunur. Ancaq avqustun 28-də məhkəmədəo, bu ittihamı qətiyyətlə rədd edib ki, onu etmədiyi cinayətdə ittiham edirlər.

MÜXALİFƏTƏ YAXIN OLDUĞUNA GÖRƏ...

Samvel Babayanın həbsini Ermənistanda müxalifətçilər siyasi motivli sayırlar. Onun həbsi parlament seçkilərindən iki həftə qabaq olub. Babayan Ermənistanın keçmiş müdafiə naziri, hazırda müxalifətdə olan Seyran Ohanyana yaxınlığı ilə tanınır.

Buna da bax: Seyran Ohanyan:“Samvel Babayanı sonadək müdafiə edəcəyik”

Babayandan başqa daha 6 nəfər də eyni cinayət işi ilə məhkəməyə çıxarılıb. Onlardan biri - Sanasar Gabrielyan Babayanın dostudur. Gabrielyanın vəkili iyun ayında Azadlııq Radiosunun Ermənistan xidmətinə deyirdi ki, Gabrielyan silahı qanuni yolla Ermənistan ordusu üçün almaq istəyirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG