Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:13

Obama Trumpa məktubunda nə yazıb?


Donald Trump və Barack Obama 20 yanvar 2017-ci il
Donald Trump və Barack Obama 20 yanvar 2017-ci il

45-ci ABŞ prezidenti Donald Trumpın andiçmə mərasimi keçirilən gün , 44-cü prezident Barack Obama yazdığı məktubu zərfə qoyub, zərfin üstünə isə “Cənab prezidentə” sözlərini yazıb. Ağ Evin rəsmi blankında və əllə yazılan məktubunu Obama prezidentin yazı masasının üst yeşiyinə qoyub. Obamanın nə yazdığını hətta onun köməkçiləri də bilməyib.

İndi – 7 ay yarım sonra CNN həmin məktubun tam mətnini əldə edib:

“Cənab prezident,

Sizi seçkidə parlaq qələbə münasibətilə təbrik edirəm. Milyonlarla adam öz ümidlərini sizə bağlayıb. Sizin prezidentlik müddətində rifahın və təhlükəsizliyin artacağına ümid edilir.

Prezident vəzifəsi unikaldır. Uğur üçün hazır resept yoxdur. Ona görə də mən bilmirəm ki, mənim hansı məsləhətim Sizə faydalı olar. Bununla belə, özümün 8 illik prezidentliyimdən bəzi təəssüratları Sizinlə bölüşmək istəyirəm.

Birincisi, bizim hər ikimizin bəxti çox və çox gətirib. Hər adama belə uğur qismət olmur. İndi bizim növbəmizdir ki, əlimizdən gələn hər şeyi edək, gərgin zəhmətə hazır olan hər bir uşaq və hər bir ailə də uğur qazana bilsin.

İkincisi, bu dünya indi Amerika liderliyi olmadan keçinə bilməz. Bizim işimiz- öz nümunəmizlə və müdaxiləmizlə dünyada nizamı saxlamaqdır. Bizim öz rifahımız və təhlükəsizliyimiz bundan asılıdır.

Üçüncüsü, biz Ağ Evin yalnız müvəqqəti sakinləriyik. Bunun sayəsində biz qanunun aliliyi, hakimiyyətin bölünməyi, hamının qanun qarşısında bərabərliyi, vətəndaş azadlıqlarına təminat kimi demokratik institutların və ənənələrin qoruyucusu oluruq. Bunlar naminə bizim əcdadlar mübarizə aparıblar və öz qanlarını töküblər. Cari siyasətin necə getməyindn asılı olmayaraq bizim borcumuz - bu demokratik vasitələri ən azı bizə çatan səviyyədə güclü saxlamaqdır.

Və nəhayət sonuncusu, hadisələr burulğanına və məsuliyyət yükünə baxmayaraq həmişə dostlarınız və ailəniz üçün vaxt tapın. Onlar Sizə qaçılmaz çətinlikləri dəf etməyə kömək edərlər.

Biz Mişellə Sizə və Melaniyaya bu mürəkkəb yolun əvvəlində uğurlar arzulayırıq və bilin ki, kömək etməyə həmişə hazırıq.

Uğurlar”

Barack Obama məktubunu “BO” kimi imzalayıb.

Donald Trump bu məktubu Ağ Evin qonaqlarına artıq göstərmişdi, ABC News-a müsahibəsində Trump məktub haqda demişdi ki, “Məktub uzundur. Mürəkkəbdir. Dərin fikirlərlə doludur”. Ancaq Trump məktubu oxumaq istəməmişdi.

Amerikada prezidentlikdən gedənin prezidntliyə gələnə məktub yazması Amerikada ənənədir. Ancaq Obamanın məktubu onun George Bushdan aldığı məktubdan iki dəfə uzundur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG