Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 04:37

Mehman Əliyevlə bağlı təkrar şikayət verilib


Məhkəmə Məhman Əliyevin şikayətini əsassız saydı
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Məhkəmə Məhman Əliyevin şikayətini əsassız saydı

«Turan» İnformasiya Agentliyinin (İA) direktoru Mehman Əliyevin tutulması ilə bağlı Yasamal Rayon Məhkəməsinin avqustun 31-də qəbul etdiyi qərardan apellyasiya şikayəti verilib. Bu barədə vəkil Fuad Ağayev bildirib.

Avqustun 24-ü saat 18:20-də Mehman Əliyevə onun şübhəli şəxs qismində tutulması haqqında qərar elan edilib. Cinayət Prosessual Məcəlləsinin 147.2.1 maddəsinə istinadən, yəni M.Əliyevin cinayət törətməsinə şübhə yarandığına görə o, tutulub.

«Bu zaman istintaq orqanı həmin məcəllənin 148.3.1-ci maddəsini əsas tutub. Həmin maddəyə görə, müstəntiq şəxsi o zaman tuta bilər ki, o, hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərsin. Həmin qərar tamamilə qanunsuz olduğu üçün müdafiə tərəfi ondan məhkəməyə şikayət verib. Mehman Əliyevin istintaqdan yayınmadığı, dəfələrlə dindirmələrə könüllü gəldiyindən qərar uydurma dəlilə əsaslanır. Qanunvericilik normaları ilə bir araya sığmır», - vəkil qeyd edib.

Yasamal Rayon Məhkəməsi şikayəti təmin etməyib, 24 avqust tarixli tutma qərarını qanuni sayıb.

«Hakim Hüseyn Səfərovun fikrincə, Mehman Əliyev avqustun 24-də tutulsa da, bundan bir gün sonra, avqustun 25-də onun həbsi barədə məhkəmə qərarı çıxıb, onun tutulması da qanunidir. Halbuki, hakim yalnız və yalnız onu araşdırmalı idi ki, Mehman Əliyev istintaqdan qaçmağa cəhd göstərib, ya yox. Məhkəmə bu məsələyə qiymət verməkdən yayınıb...», - Ağayev bildirib.

XATIRLATMA

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Bundan bir gün əvvəl isə o, şübhəli şəxs qismində saxlanmışdı.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar, onunla əməkdaşlıq edənlər sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG