Keçid linkləri

Təcili xəbərlər
2018, 20 May, bazar, Bakı vaxtı 23:39

Myanmadan 73 min müsəlman qaçıb


On minlərlə müsəlman Birmadan qaçır
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

On minlərlə müsəlman Birmadan qaçır

73 min Rohinca müsəlmanı Myanmadakı zorakılıq üzündən qonşu Banqladeşə qaçıb. Bu haqda sentyabrın 3-də BMT-nin qaçqınlar üzrə agentliyi məlumat yayıb.

Avqustun 25-də Myanmanın Rakxayn bölgəsində zorakılıq başlanandan bu azlıqda olan müsəlmanlar sərhədi keçməyə başlayıblar. Açıqlamanı BMT-nin Qaçqınlar üzrə ali Komissarı Vivian Tan verib.

Zorakılığa görə Myanmanın təhlükəsizlik rəsmiləri və Rohinca yaraqlıları bir-birini ittiham edir.

Ordu son günlərin toqquşmalarında 400-dək adamın həlak olduğunu bildirir. Onlardan çoxu yaraqlılardır.

Qaçqınlar təhlükəsizlik qüvvələrinin və buddist kütlənin dinc sakinlərə hücum etdiyini, evlərini yandırdığını, onları Rakxayn ştatından çıxardığını iddia edir.

Nyu-Yorkda mənzillənən «Human Rights Watch» insan haqları təşkilatı Myanmadan yeni peyk şəkillərini yayıb. Fotolarda bir kənddə 700-dən çox evin yandırıldığı görünür.

2012-ci ildə Rohinca müsəlmanları ilə buddistlər arasında qanlı toqquşmalar nəticəsində 100 mindən çox Rohinca müsəlman köçkünə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG