Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 14:26

Sentyabrın 4-də Çinin Syamen şəhərində BRICS ölkələri sammiti açılır. Bu quruma Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası (CAR) daxildir.

Sammitə müraciətində Çin prezidenti Xi Jinping üzv ölkələri dünyada artan ticarət proteksionizminə qarşı birləşməyə çağırıb.

«BRICS əməkdaşlığı danışıq seminarı deyil, işləri reallaşdıran işçi qüvvədir», – Xi-nin bəyanatında deyilir.

Bu sammitlə eyni vaxtda Koreya yarımadasında yeni gərginlik yaranıb.

Bu arada gözlər daha çox Xi ilə rusiyalı həmkarı Vladimir Putin-in sammit çərçivəsində görüşünə dikilib. Rəsmi «Xinhua» agentliyinin məlumatına görə, iki lider Şimali Koreyanın sonuncu, ən güclü nüvə sınağını müzakirə ediblər. Hər iki liderin Pxenyanın hərəkətini pislədiyi bildirilir.

BRICS ölkələrində dünya əhalisinin 40 faizi, qlobal ÜDM-nin isə 22.5 faizi cəmləşib.

Bu təşkilat Qərbin idarə etdiyi qlobal iqtisadi sistemə qarşı yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG