Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 04:24

Merkel-dən Türkiyənin AB üzvlüyünə dair çağırış


A.Merkel

Almaniya kansleri Angela Merkel deyir ki, Avropa Birliyinin Türkiyəylə üzvlük danışıqlarının bitirilməsini istəyir. Bu arada NATO-nun bu iki üzvü arasında gərginlik yüksəlib.

Sentyabrın 3-də siyasi rəqibi Martin Schulz-la teledebatda Merkel deyib ki, «Türkiyə Avropa Birliyinin üzvü olmamalıdır, bu, aydın məsələdir».

Kansler Avropa Birliyi liderləri ilə «bu üzvlük danışıqlarını bitirməyin» mümkünlüyünü müzakirə edəcəyini söyləyib.

Almaniya Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ı kəskin tənqid edəndən sonra ikitərəfli münasibətlər pisləşib. Tənqid rəsmi Ankaranın ötənilki çevriliş cəhdindən sonra narazılara təzyiqiylə bağlıdır.

Hazırda Almaniyanın azı 12 vətəndaşı Türkiyədə siyasi ittihamlarla saxlanıb. Bu da Merkel-in sərt bəyanatlarına səbəb olub.

Kanslerin çıxışından bir neçə dəqiqə öncə Schulz da AB-ni Ankarayla üzvlük danışıqlarını bitirməyə çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG