Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:14

ABŞ və Cənubi Koreya hərbçilərindən Pxenyana xəbərdarlıq


Joseph Dunford

ABŞ baş qərargah rəisləri birləşmiş komitəsinin rəhbəri Joseph Dunford Cənubi koreyalı həmkarı Gen. Jeong Kyeong-doo ilə Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsinə qarşı birgə hərbi tədbirlər görmək razılığına gəliblər.

Bu barədə sentyabrın 3-də “Yonhap” agentliyi məlumat yayıb.

Hərbi liderlər telefon söhbətində bildiriblər ki,buna qarşı "effektli hərbi cavab" vermək lazımdır.

Dunford Vaşinqtonun Seula lazımi dəstək göstərəcəyini bəyan edib.

ABŞ prezidenti Donald Trumpsa deyib ki, Şimali Koreya Çin üçün böyük problemlər yaradır.

Prezidentin sözlərinə görə, Çin problemin həllinə kömək etmək istəyir, amma bu cəhdlər hələ ki, uğurla nəticələnmir.

Qeyd edək ki, Şimali Koreya sentyabrın 3-də hidrogen bombasının uğurlu sınağını keçirdiyini bəyan edib.

Buna da bax: Şimali Koreya hidrogen bombasının uğurlu sınağını keçirdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG