Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 23:41

Çay, çəltik və sitrus meyvələri üzrə müşavirədir


İlham Əliyev Lənkəranda sitrus bağları ilə tanış olub. 02sept2017

Sentyabrın 3-ü prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb.

Buna da bax:​ Hər bir həyətindən narıngi, limon ətri gələn rayon

Sonra Lənkəran, Masallı, Ağdaş, Astara rayon icra hakimiyyətləri başçıları, “Astaraçay” MMC-nin direktoru Tələt Məmmədov və “Cənub-Aqro” MMC-nin aqronomu Fərman Abdullayev çıxış etdilər.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyir.

Prezident İlham Əliyev sentyabrın 2-də Lənkəran rayonuna səfər edib.

O, bu səfəri çərçivəsində fermer Araz Yaqubovun “Yaşılçay” MMC-nin plantasiyasında görülən işlərlə tanış olub.

Buna da bax: «Rayonlarda çay sahələri bərpa olunsa, işsizlik də azalar»

Prezident, habelə “Astaraçay” MMC-nin çay plantasiyaları, “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə də baxıb və çəltik zavodunun açılışında iştirak edib.

Prezident sentyabrın 2-si Lənkərana Cəlilabad rayonundan gəlmişdi. Dövlət başçısı Cəlilabad rayonunda da bir sıra yol tikintisi və obyektlərin açılışına qatılmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG