Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:03

Müdafiə naziri ön xətdə hərbi qulluqçularla görüşüb


Zakir Həsənov

Müdafiə naziri Zakir Həsənov sentyabrın 1-i cəbhəboyu zonada yerləşən hərbi birliyə səfər edib.

Bu barədə sentyabrın 2-si Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin rəhbərliyi səngərlərdə növbə çəkən hərbi qulluqçuları Qurban bayramı münasibətilə təbrik edib.

“ Ön xətdə qurbanlar kəsilib, hərbi qulluqçulara bayram sovqatları verilib. Xidmətdə fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıb və çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparılıb”,məlumatda vurğulanıb.

Sentyabrın 1-i və 2-si Azərbaycanda rəsmən Qurban bayramıdır.

İslam dininə görə, hər bir mömin müsəlman Allaha qurban kimi bir heyvan kəsməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG