Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 17:29

“Qarabağ” klubu heyətini UEFA-ya göndərib


Foto arxiv

“Qarabağ” klubu heyətini UEFA-ya göndərib.

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın formasını geyinəcək futbolçuların adlarına aydınlıq gəlib.

Klubun facebook səhifəsinə yayılan məlumatına görə, Ağdam təmsilçisi iştirak ərizəsini UEFA-ya təqdim edib.

Baş məşqçi Qurban Qurbanov siyahıya 25 oyunçunun adını daxil edib. Bunlar arasında son anda transfer edilən Tarik Elyunussi, Pedro Enrike və Ramil Şeydayev də var.

Ümumilikdə 3 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçu Azərbaycan çempionunun şərəfini qoruyacaq.

"Qarabağ"ın iştirak ərizəsi:

Qapıçılar: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç

Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 8. Miçel, 10. Pedro Enrike, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Hücumçular: 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində "Çelsi", "Atletiko" və "Roma" ilə mübarizə aparacaq. Ağdam klubu ilk görüşünü sentyabrın 12-də “Çelsi” ilə səfərdə keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG