Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 10:55

Azərbaycan Macarıstan əlaqələr güclənir


Macarıstanın baş naziri Viktor Orban (sağda) Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan və Macarıstan arasında “Beynəlxalq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları haqqında” saziş imzalanacaq.

Bunu "Trend"ə Macarıstan dövlət katibinin müavini Jolt Çutora deyib.

Onun sözlərinə görə, Azərbaycan Avrasiyanın nəqliyyat şəbəkəsində aparıcı oyunçulardan birinə çevrilib və Çinin “Bir kəmər – bir yol” təşəbbüsünün reallaşdırılmasında vacib rol oynayır.

Buna da bax: Azərbaycan və Macarıstan nazirləri görüşüb

J.Çutora qeyd edib ki, Azərbaycan və Macarıstan Şərq-Qərb dəhlizi çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıqdan ötrü yaxşı imkanlara malikdirlər:

"Azərbaycan ərazisi ilə Çindən Avropaya artıq bir neçə sınaq konteyner qatarı hərəkət edib və bu dəhlizin Avrasiyada Şərqlə Qərbin birləşməsi üçün vacib rol oynayacağı gözlənilir".

O əlavə edib ki, iki ölkə arasında birbaşa hava əlaqəsi də mövcuddur. Macarıstanın “WizzAir” aviaşirkəti Bakı və Budapeşt arasında uçuşlar həyata keçirir:

Buna da bax: Türk dili ilk dəfə latın hərfləri ilə nə vaxt yazılıb?

“Reyslərin açılmasından sonra Macarıstanın Bakıdakı səfirliyi tərəfindən verilən vizaların sayı artıb. Bu, turizmlə yanaşı biznes və mədəniyyət sahələrində də qarşılıqlı mübadiləyə müsbət təsir göstərəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG