Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 19:28

ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi


ABŞ səfirliyi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Təbrikdə yazılır ki, bu bayram müsəlmanlardan ötrü ibadətin və fədakarlığın önəmliliyini qiymətləndirmək baxımından gözəl vaxtdır. “Milyonlarla amerikalı müsəlman azərbaycanlı bacı və qardaşları kimi bu bayramı ailə üzvləri ilə birgə, ehtiyacı olanlara yardım əlini uzadaraq qeyd edir. Sizləri bir daha bu gözəl bayram münasibətilə təbrik edirik!”, – səfirliyin təbrikində qeyd edilir.

Buna da bax:​ Yeni texnologiyalar Qurban bayramını necə dəyişir

Bu gün, sentyabrın 1-i Qurban bayramıdır. Səhər tezdən Azərbaycandakı məscidlərdə bayram namazı qılınıb.

İslam dininə görə, hər bir mömin müsəlman Allaha qurban kimi bir heyvan kəsməlidir.

Tövsiyə edilir ki, qurban kəsilən heyvanın əti üç hissəyə bölünməlidir. Birinci hissəni heyvanın sahibi özünə götürməli, ikinci hissə qonum-qonşuya, üçüncü hissə isə imkansız ailələrə, yetim-yesirlərə paylanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG