Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 02:41

‘Mehman Əliyevə Azadlıq’ komitəsi müraciət yaydı


Mehman Əliyev

“Mehman Əliyevin həbsi onun cəmiyyətdən təcrid edilməklə cəzalanmasına yönəlmiş hərəkətdir. Belə olmasaydı, onun barəsində alternativ qətimkan tədbiri seçilər və bununla da Mehman Əliyev normal müdafiə hüququnu təşkil etmiş olardı”.

"Mehman Əliyevə Azadlıq" Komitəsinin müraciətində belə yazılır.

Buna da bax:​ Heydər Əliyev 'Mehman Əliyevə görə' iki il bir vəzifəni boş saxladı

Komitə hesab edir ki, hakimiyyətin tənqidçiləri susdurmaq, azad mətbuatı, müstəqil vətəndaş cəmiyyətini sıradan çıxarmaq məqsədi ilə apardığı repressiya siyasəti durdurulmalıdır.

“Azərbaycan hakimiyyətindən tələb edirik ki, Konstitusiyaya, beynəlxalq hüquq normalarına və beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklərə əməl etsin. Azərbaycanda demokratik inkişaf, fundamental hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatları əməli işlərlə həyata keçirsin. Mehman Əliyev və həbsdə olan bütün siyasi məhbuslar qeyd- şərtsiz azadlığa buraxılsın”, – sənəddə qeyd edilir.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Buna da bax: ABŞ-ın ATƏT-dəki nümayəndəsi M.Əliyevə azadlıq istəyib

XATIRLATMA

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Buna da bax:​ Komitə: 'M.Əliyevə ittihamlar quramadır'

Dünən, avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar, onunla əməkdaşlıq edənlər sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG