Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 03:41

Erdoğan ABŞ məhkəməsinin qərarını "qalmaqal" adlandırır


Recep Tayyip Erdoğan-Donald Trump görüşünə etirazlar, Vaşinqton 16 may 2017-ci il

Türkiyə prezidenti Erdoğan ABŞ məhkəməsinin onun 15 cangüdəni haqda qərarını “qalmaqal” adlandırıb. Anadaolu Ajansının məlumatına görə, Erdoğan deyib ki, “ABŞ-ın nə etmək istədiyini anlamaq mənə çətindir. ABŞ-da ədliyyənin necə işlədiyini bu qalmaqaldan görmək olar”.

Avqustun 30-da ABŞ məhkəməsi Erdoğanın 15 cangüdəninə “şəxsiyyətə qarşı zorakılıq” ittihamı irəli sürüb. İttihamda deyilir ki, “onlar etirazçıları ayaqları ilə döyürdülər”.

Vaşinqtondakı Türkiyə səfirliyi önündə dava
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

2017-ci il mayın 16-da Erdoğan ABŞ-dakı Türkiyə səfirliyinin binasında olarkən binanın önündə indiki Türkiyə hakimiyyətinin tərəfdarları ilə əlejhdarları arasında toqquşmalar oldu. 2 nəfərin ciddi, 7 nəfərin isə yüngül xəsarət aldığı həmin toqquşmalarda Erdoğanın cangüdənləri də iştirak edirdi.

Türkiyə həmin toquşmaları PKK-çıların saldığını bildirir. ABŞ isə Türkiyə prezidentinin mühafizəçilərini günahlandırır. ABŞ Konqresi iyunun 6-da xüsusi qətnamə qəbul edərək Erdoğanın cangüdənlərinin hərəkətini pisləyib və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edir.

Buna da bax: VİDEO - Erdoğan davanı şəxsən izləyirmiş

Günün bütün mövzuları

XS
SM
MD
LG