Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 06:53

27400 rohinca Myanmardan Banqladeşə qaçıb


Banqladeş- Myanmar sərhəddində

Myanmarda Rohinca müsəlman azlığı yaşayan ərazilərdə bir həftədir davam edən toquşmalarda 400 adam ölüb. BMT-nin məlumatına görə, 27400 rohinca Myanmardan Banqladeşə qaçıb.

Rohinca yaraqlıları polis postlarına və ordu hissələrinə hücum edəndən sonra rohincalara qarşı ordunun əks-əməliyyatı başlandı. Ordu terrorla mübarizə apardığı bildirir, ancaq qaçan rohincalar deyirlər ki, məqsəd onları etnik təmizləmədir.

Myanmarda etnik qrup olan rohincalar 1 milyon 100 min nəfərdir.Onların dini müsəlman dinidir. Rohincalar uzun müddətdir ki, təqiblərə məruz qaldıqlarını bildirirlər.

Nobel sülh mükafatı laueratı, Myanmarın faktiki lideri olan Aung San Suu Kyini Qərbdə tənqid edirlər ki, rohincalara qarşı təqiblərə reaksiya verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG