Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 16:08

Lavrov: "ABŞ-ın diplomatik missiyaları bağlamaq tələbinə cavab veriləcək"


3 missiyadan biri- Vaşinqtonda Rusiyanın binası

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ-ın 3 diplomatik missiyanı bağlamaq tələbinə öyrəniləndən sonra cavab veriləcək.

Lavrov sentyabrın 1-də deyib ki, “biz detallı qeydi yalnız sentyabrın 1-nə keçən gecə almışıq”.

ABŞ sentyabrın 2-nə kimi Rusiyaya vaxt verib ki, San Fransiskodakı konsulluğunu və Vaşinqton və Nyu Yorkda ticarət nümayəndəliklərini bağlasın.

Bundan əvvəl iyulun 28-də Rusiya ABŞ-dan tələb etmişdi ki, Rusiyadakı diplomatik personalının sayını 455-ə salsın. Bu isə Putinin sözlərinə görə, ABŞ-ın Rusiyadakı diplomatik işçilərinin 755 nəfər ixtisarı deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG