Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 19:57

Keçmiş prezident indikinin "böyük səhv" etdiyini deyir


İndiki Qırğızıstan prezidenti Atambaev

Qırğızıstanın keçmiş prezidenti Roza Otunbaeva indiki prezident Almazbek Atambaevi tənqid edib. Avqustun 31-də Azadlıq Radiosuna müsahibəsində Otunbaeva deyib ki, Atambaev özündən əvvəl hər şeyin pis olmasını deməklə, böyük səhv edir.

Otunbaeva deyir ki, Atambaev və ona xoş gəlmək istəyənlər Atambaevin indi prezidentlikdən getməsini Qırğızstan tarixində ilk dəfə prezidentin xoşluqla getməsi kimi dəyərləndirirlər, halbuki Otunbaeva2011-ci ilin dekabrında prezidentliyi Atambaeva məhz belə vermişdi.

Roza Otunbaeva
Roza Otunbaeva

2010-cu ildə o vaxtki prezident Bakievi istefaya göndərmiş küçə etirazları zamanı Otunbaeva və Atambaev müttəfiq idilər. Bakievdən sonra il yarım prezident olan Otunbaeva deyir ki, Atambaev tarixdə öz yerini tapmağa çalışır və özündən əvvəl görülən bütün işləri rədd edir. Otunbaevanın sözlərinə görə, Bakiev devriləndən sonra ilk 5 ildə Qırğızstan demokratik yolla gedirdi.

Qırğızstan konstitusiyasına görə, prezidentlik müddəti 6 ildir və yalnız bir müddətəprezident olmaq olar.

Atambaevin prezidentliyi bu il dekabrın 1-də bitir. Prezident seçkiləri 2017-ci il oktyabrın 15-dədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG