Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:15

Bakıda Qurban namazı qılındı [Video]


Bakıda bayram namazı qılınıb
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Bakıda bayram namazı qılınıb

Bu gün, sentyabrın 1-i Qurban bayramıdır. Səhər tezdən Azərbaycandakı məscidlərdə bayram namazı qılınıb.

İslam dininə görə, hər bir mömin müsəlman Allaha qurban kimi bir heyvan kəsməlidir.

Tövsiyə edilir ki, qurban kəsilən heyvanın əti üç hissəyə bölünməlidir. Birinci hissəni heyvanın sahibi özünə götürməli, ikinci hissə qonum-qonşuya, üçüncü hissə isə imkansız ailələrə, yetim-yesirlərə paylanmalıdır.

Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edib ki, heyvanların kəsilməsi mərasimi azyaşlı uşaqların gözü qarşısında icra edilməsin və bütün sanitar qaydalara əməl edilsin.

Qurban kəsilməsi həcc ziyarətində yerinə yetirilən vacib əməldən biri sayılır. Odur ki, həcc ziyarətində olanların qurban kəsməsi vacibdir. Həccdən kənarda olanlara isə bu əməl imkana görə tövsiyə olunur.

Qurban kəsilməsi hələ İslamdan öncə gələn bir sıra dinlərdə də öz əksini tapıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG