Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:06

BMT Tehranın nüvə sazişinə əməl etdiyini deyir


 Bashar al-Jaafari
Bashar al-Jaafari

BMT-nin Atom enerjisi agentliyi İranın 2015-ci ildə ABŞ və digər 5 aparıcı dünya ölkəsi ilə imzaladığı nüvə sazişinə əməl etdiyini bəyan edib.

Bu barədə Azadlıq Radiosu avqustun 31-də agentliyin yaydığı rüblük bəyanatda istinadla xəbər verir.

Agentlik İranın az zənginləşdirilmiş uran ehtiyatları və onun zənginlşədirilmə səviyyəsinin razılaşmada nəzərdə tutulduğu həddə olduğu bildirilir.

Həmin razılaşmada İranın özünün nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

Qeyd edək ki, artıq Tehrana qarşı bir çox sanksiyalar aradan qaldırılıb və İran artıq bir sıra keçmiş qərb tərəfdaşları ilə ticarət əlaqələrini bərpa edib.

Təkcə ötən il yanvarın 28-də İran prezidenti Hassan Rohaninin Fransaya səfəri zamanı 22 milyard avroluq müqavilə imzalanıb.

Söhbət 118 Airbus sərnişin təyyarəsinin alınmasından gedirdi.

Həmçinin Fransanın “Renault” avtomobil şirkəti bu yaxınlarda İranla 660 milyon avroluq müqavilə imzalyıb.

Birgə müəssisə yaradılması ilə bağlı bu müqavilənin 2 İran şirkəti üçün 3 min iş yeri yaradacağı gözlənilir.

XS
SM
MD
LG